Kinetik enerji | |
---|---|
Ölçü vahidi | |
BS | Coul |
Qeyd | |
Skalyar kəmiyyət | |
Vikianbarda əlaqəli mediafayllar |
Kinetik enerji — cismin və ya zərrəciyin öz hərəkəti hesabına malik olduğu enerjiyə deyilir. Kinetik enerji cismin kütləsi ilə sürətin kvadratı hasilinin yarısına bərabərdir: Ek=mv2/2
Kinetik enerji haqqında teorem: Sabit qüvvənin işi kinetik enerjinin dəyişməsinə bərabərdir.[1]
Kinetik enerji cismin kütləsindən və sürətindən asılıdır. Cismin kinetik enerjisi müsbət skalyar kəmiyyətdir.
Kinetik enerjini həmçinin: Ek= pv/2 kimi ifadə etmək olar.